Azərbaycan Prezidenti Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib
Mart 10
14:28
2021
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
"Report" xəbər verir ki, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.



