SON XƏBƏR

Fransada koronavirus dərmanı uğurla sınaqdan keçdi

Mart 23
16:52 2020
Malyariyayanın müalicəsində istifadə edilən dərman koronavirusun müalicəsində uğurla sınaqdan keçirilib.

Qlobal.az "Report”a istinadən xəbər verir ki, bu barədə məlumat "International Journal of Antimicrobial Agents" jurnalında yer alıb.

Hazırda COVID-19-un müalicəsi üçün xüsusi dərman mövcud deyil. Bununla belə, bütün dünyada yüzlərlə kliniki sınaqlarda başqa göstərişlər üçün nəzərdə tutulmuş dərmanların SARS-CoV-2-yə təsiri araşdırılır.

Tədqiqat əsasən iki qrup preparat ətrafında aparılır: remdesivira – ribonuklein turşusunun transkripsiyasının vaxtından əvvəl kəsilməsi vasitəsilə virusun replikasiyasını inhibə edən geniş antiviral aktivliyə malik olan venadaxili dərman vasitələri və antimalyariya preparatları.

6 pasiyent üzərində aparılan sınaqlar 6 gün sonra bəhrələrini verib. Nəticədə koronavirusa yoluxmuş 6 pasiyentin analizləri neqativ çıxıb.

Alimlərin sözlərinə görə, test qrupunun kiçik olmasının və nəticələrin təsdiqlənməsi üçün daha irimiqyaslı sınaqlara gərək olduğuna baxmayaraq, bu nəticələr çox ümidvericidir. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook