Arif Qasımov rayon sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib - FOTO
Fevral 05
17:35
2020
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov bu gün 12 №-li tam orta məktəbdə K.Balakişiyev küçəsi 3, İ.Müzəffəroğlu küçəsi 1, 3, 3a, 4 və 6 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul keçirib.
Qlobal.az xəbər verir ki, qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının və 1 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Qəbulda sakinlər məhəllədaxili yolların asfaltlanması, binanın giriş qapılarının dəyişdirilməsi, blokların təmiri, ağacların budanması, küçə işıqlarının bərpa olunması, işlə təminat və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.
Qlobal.Az





