SON XƏBƏR

Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə öldü

Fevral 01
14:19 2020
Bakıda 23 yaşlı kişi soyuqdəymədən ölüb.
 
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 1977-ci il təvəllüdlü Bakı şəhər sakini son 20 gün ərzində ev şəraitində soyuqdəymədən müəlicə alırmış.

Hal pisləşdikdən sonra yanvarın 31-də saat 16-da olduqca ağır vəziyyətdə Elmi-Tədiqat Ağciyər Xəstəlikləri İnstitutuna müraciət edib. Xəstə ikitərəfli pnevmoniya, ağır gedişli, kəskin ağ ciyər-ürək çatışmazlığı ilə diaqnozu ilə kritik ağır vəziyyətdə birinci reanimasiya şöbəsinə yerləşdirilib. 

Reanimatoloq və pulmanoloqun nəzarəti ilə intevsiv müalicə tədnbirlərinə baxmayaraq, xəstədə fevralın 1-də saat 06:30 bioloji ölüm qeyd olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook