SON XƏBƏR

Nəsimi məktəbliləri Yeni il şənliyində

Yanvar 07
13:18 2020
Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uşaqlaşdırılması, bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəblilərin qış tətili günlərində orta məktəb şagirdləri üçün keçirilən mədəni kütləvi tədbirlər davam etdi.

Tədbirlərin davamı olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayon məktəblərinin təhsildə və idmanda  fərqlənən, aztəminatlı ailələrdən, Qarabağ veteranı ailələrindən olan bir qrup məktəblinin Əl oyunları İdman sarayında  keçirilən Yeni il şənliklərində iştirakları təmin edilmişdir.
 
Bayram tədbirində Şaxta baba və Qar qız  Yeni il yolkası ətrafinda uşaqlarla görüşdü, şən rəqslər edərək maraqlı oyunlar keçirildi.
 
Qlobal.az 
 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook