SON XƏBƏR

2020-ci ilədək Azərbaycanın Enerji Sistemində 2400 meqavatadək yeni güclər istismara veriləcək

Dekabr 26
16:57 2015
2020-ci ilədək Azərbaycanın Enerji Sistemində 2400 meqavata yaxın yeni güclərin istismara verilməsi nəzərdə tutulur.
 
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycanın Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, bunlar - "Şimal” Elektrik Stansiyasında 400 meqavat gücündə 2-ci enerji bloku, Yaşma ərazisində 920 meqavat gücündə yeni buxar-qaz turbinli istilik elektrik stansiyası (İES), gücü 600 meqavat olan "Hövsan” buxar-qaz turbinli yeni İES, 395 meqavatlıq "Böyük şor” modul tipli elektrik stansiyası, Naxçıvan Muxtar Respublikasında 36 meqavatlıq Ordubad su elektrik stansiyası (SES), gücü 14 meqavat olan "Ordubad-Tivi” SES və Samur çayı üzərində Su Elektrik Stansiyaları Silsiləsidir (SESS).
 
Şəmkirdə hidroakkumulyasiya elektrik stansiyasının inşasının səmərəliliyinin öyrənilməsi və bunun gələcəkdə nəzərə alınması məqsədəmüvafiq hesab edilir. 2020-ci ilədək Azərbaycanın hər bir şəhər və rayonunda hibrid tipli elektrik stansiyaları da yaradılacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook