SON XƏBƏR

FED uçot dərəcəsini artırdı

İyun 14
00:41 2018
Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb

Qərara əsasən FED uçot dərəcəsini 1,75- 2,0%-dək artırıb.

Qeyd edək ki, bundan əvvəl FED martın 21-də uçot dərəcəsini artırıb.

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb. (apa)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook