SON XƏBƏR

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

Mart 14
11:23 2016
"Neft Daşları” yatağındakı 2150 nömrəli stasionar dəniz özülündən 2158 nömrəli quyu qazmadan sonra istismara verilib.
 
SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, şirkətin kompleks qazma işləri tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib, 1828-1821 metr intervaldan sutkalıq 11 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Quyu "Azneft” İstehsalat Birliyinin "Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə qazılıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook