SON XƏBƏR

“Neft Daşları” yatağında yeni quyu qazılır

Fevral 29
20:09 2016
"Neft Daşları” yatağındakı 1954A nömrəli meydançadan 2688 nömrəli quyuda qazma işlərinə başlanılıb.
 
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, "Azneft” İstehsalat Birliyinin "Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən qala lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1600 metrdir.
 
Geoloqların hesablamalarına əsasən quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook