“Neft Daşları” yatağında yeni quyu qazılır
Fevral 01
17:43
2016
"Neft Daşları” yatağındakı 2585 nömrəli platformadan 2603 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, "Azneft” İstehsalat Birliyinin "Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə kompleks qazma işləri tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 2 min 620 metrdir.
Quyudan sutkada 30 ton neft hasil olunacağı nəzərdə tutulur.