SON XƏBƏR

Məhəmməd Əmin Rəsulzadə Novxanıdakı abidəsi önündə anılıb - FOTOLAR

Yanvar 31
12:25 2016
Bu gün - yanvarın 31-də Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.
 
Hər il 31 yanvarda olduğu kimi, bu gün də ulu öndər Bakının Novxanı qəsəbəsində yerləşən abidəsi qarşısında anılıb. Musavat.com xəbər verir ki, kənd sakinləri səhər saatlarından abidənin yerləşdiyi kiçik parka gələrək, M.Ə.Rəsulzadəni anıblar.
 
Həmçinin siyasi partiyalar, ictimaiyyət təmsilçiləri də abidənin ziyarətinə gəliblər. Səhər saatlarından Müsavat, AXCP, KXCP, Bozqurd və digər partiyalar M.Ə.Rəsulzadənin abidəsi yerləşdiyi parka yürüş ediblər.
 
İlk olaraq abidənin önündə çıxış edən KXCP sədri Mirmahmud Mirğlioğlu bildirib ki, bu gün dövlətimizi quranların bayramıdır: "Dövlətimizi bərpa edənlərin bayramıdır. Ar olsun o kəslərə ki, bu bayrağın altında and içirlər, bayraq meydanı düzəldirlər, amma orada qorxularından "Bir kərə yüksələn bayraq bir daha enməz”,- sözlərini yazmağa qorxurlar.
 
Bu bayrağı qaldıranların ruhları o zaman şad olacaq ki, o sözlərin ölkədə hər yanda yazıldığını görəcəyik. Bu gün bu bayrağı gəzdirənlərin, bu bayrağın kölgəsində yatanların bayramıdır. Əsl bayram bu gündür. Rəsulzadənin doğun günündə. Bayramınız mübarək olsun!”.
 
Müsavat başqanı Arif Hacılı qeyd edib ki, Məmməd Əmin Rəsulzadənin ideyaları yerinə yetəcək, gerçək olacaq. Tarixçi Nəsiman Yaqublu qeyd edib ki, Rəsulzadə o şərəfli həyatı yaşamış birisidir ki, özündən sonra qoyduğu irs məslək yoludur və biz bu yolu dönmədən getməkdəyik: "Rəsulzadə yalnız azərbaycan xalqının azalığı uğrunda mübarizə aparan şəxsiyyət olmayıb. Rəsulzadə sovet əsarətində əzilən xalqların lideri kimi təqdim olunur. Qafqaz xalqlarının və sovet xalqlarının, azadlığı uğrunda mübarizə aparan bu xalqların lideridir”.
 
Musavat.com
 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook