SON XƏBƏR

Bir qrup jurnalist məhkəmə qarşısında aksiya keçirdi

Yanvar 12
13:47 2016
Mülki geyimli polislər onlara hücum edərək plakatları və Rasim Əliyevin şəkillərini cırıblar Ağır Cinayətlərə dair Məhkəmədə mərhum foto reportyor Rasim Əliyevin ölümündə günahlandırılanların prosesinə jurnalistlərin buraxılmaması etirazla qarşılanıb. Media nümayəndələri hakimin qərarın etiraz olaraq piket keçirib. Jurnalistlər "Həkimlər cəzalandırılsın!", "Həkimlər işə cəlb edilsin!", "Jurnalist ölümlərinə son!" şüarları olan plakatlar və Rasim Əliyevin şəkillərini qaldırıblar. Ancaq mülki geyimli polislər onlara hücum edərək plakatları və Rasim Əliyevin şəkillərini cırıb zibil yeşiyinə atıblar.
 
meydan.tv



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook