Dilarə MTRŞ-nin qadağa qoyduğu serialdan danışdı
Oktyabr 29
14:45
2015
Aktrisa Dilarə Əliyeva "My name is İntiqam 2” filminin təqdimat mərasiminə qatılıb.
Qlobalinfo.az-ın məlumatına görə, aktrisa yayımı dayandırılan "Qayınanamız” serialından danışıb:
"Serial dayandırılıbsa, davam etdirilməsinə lüzum görmürəm. İşlərim çoxdur, artıq işlərimi planlaşdırmışam. Yeni film təkliflərini qəbul etmişəm. Tamaşaçılar məni yeni filmdə fərqli obrazda görəcək. Əgər MTRŞ serialın dayandırılmasını məsləhət görübsə, deməli belə lazımdır. Biz heç nə deyə bilmərik”.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının oktyabrın 13-ü keçirilən iclasında Azad Azərbaycan Teleradio Kompaniyası tərəfindən "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 32-ci maddəsinin və "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar”ın 3.7-ci bəndin tələblərinin pozulması ilə bağlı "ATV” telekanalının efirində 10 oktyabr 2015-ci il tarixdə saat 11.31- 12.31 arasında yayımlanan "SOY” Prodakşın tərəfindən hazırlanan "Qayınanamız” teleserialında qeyri-etik məzmunlu ifadələrdən istifadə edilməsi ilə əlaqədar olaraq "Qayınanamız” serialının yayımının 14 oktyabr 2015-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılması barədə qərar qəbul edilib.



