SON XƏBƏR

20 Yanvar əlili Hacıqabul RİH-nin qarşısında özünü yandırdı

Avqust 20
23:24 2016
Hacıqabulda intihara cəhd hadisəsi baş verib
 
Rayon Qızılburun kənd sakini, ikinci qrup 20 Yanvar əlili Dəmirov Yalçın rayon icra hakimiyyətinin qarşısında özünü yandırıb. Ağır yanıq xəsarətləri alan xəstəni rayon xəstəxanası qəbul etməkdən imtina edib. O təcili yardım maşınına mindirilərək yarıtikili bir binaya gətirilib və bundan sonra həkimlər oranı tərk edib. Bu haqda "Azadlıq”a Yalçın Dəmirovun özü məlumat verib. Onu bu addımı atmağa vadar edən səbəb mənzil problemidir. Dediyinə görə, 1995-ci ildən mənzil növbəsində olsa da, bu günə kimi onu evlə təmin etməyiblər. Aidiyyatı qurumlara şikayətinə isə baxan yoxdur. Yalçın Dəmirov hazırda 3 uşaqla küçələrdə qaldığını bildirir.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook