SON XƏBƏR

20 saylı məktəb-liseydə nələr baş verir? — Daxili nəzarət şöbəsi susur

Oktyabr 16
12:15 2021
Esmira Ağayeva Məhəbbət Vəliyevanın Azərbaycan təhsilindəki son "əsər”lərindən biridir

Şəxsi ambisiyalara qurban gedərək az qala bir qrupun özəl müəssisəsinə çevrilən 20 saylı məktəbdə baş verənlər təhsil sisteminə rəhbərlik edənləri dərindən düşündürməlidir. Məktəbin direktoru Esmira Ağayevanın və onun himayədarı Məhəbbət Vəliyevanın maraqları burada tədris prosesinə ciddi mane olur, kollektivdə ciddi narazılıqlar formalaşdırır. Bir zamanlar paytaxtın barmaqla göstərilən təhsil ocağı bu gün barmaqarası münasibətdən bərbad duruma düşüb.

Direktor təyin olunması haqqında 50 min söz-söhbət dolaşan E.Ağayeva əvvəllər rəhbərlik etdiyi 214 saylı məktəbdə formalaşdırdığı idarəetmə sistemini burada da uğurla tətbiq edir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə Dərs saatlarının, dərnəklərin paylanılması zamanı daha çox "əl əli yuyar, əl də üzü” prinsipi ilə hərəkət edən direktor müəllimlərin təcrübəsini, DQ ballarını nəzərə almadan hərəkət edir. Məktəbin imkanlarını nəzərə almadan tətbiq etdiyi proqramlar nəticəsində sinif otaqlarında çatışmamazlıq yaranır. Bu isə öz növbəsində məktəbdə "növbə probleminə” səbəb olur. Belə ki, məktəbdə sinif çatışmazlığından yaranan bu problemi yaradan elə direktorun özüdür. Məktəbdə sinif otaqlarının azlığına baxmayaraq Təhsil nazirliyinin xüsusi layihələrini-rəqəmsal bacarıqlar və STEAMı ibtidai siniflərdən başlayaraq tətbiq etməklə mövcud problem süni olaraq yaradılıb. Belə ki, həm müəllimlərin sayı çoxalır, siniflər bölünür, həm də "növbə davası”nın həlli üçün valideynlər hərəkətə keçirlər. Çünki məktəbdə şagirdlərin ikinci növbəyə salınmaması üçün mütləq "birinci növbəli məsələləri” həll etmək lazım olur. Bu isə heç də siz düşündüyünüz qədər ucuza başa gəlmir.

Müəllimlər günü ərəfəsində məktəbdə yaşananlar isə təhsil adına bir utancdır. Belə ki, cumhuriyyet.az-a Verilən məlumatlara görə, müəllimləri "təbrik etmək” üçün xüsusi qaydalar müəyyən olunub ki, bu da hər bir valideynə ən azından 200 manata başa gəlib.

E.Ağayevanın məktəbdə saxladığı "ölü canlar” ona heç də dirilərdən az qazanc gətirmirdi. Məlumat üçün bildiririk ki, əvvəlki yazımızda bu barədə, yəni "ölü canlar”la bağlı yazı dərc etmişdik. Mənbənin verdiyi məlumata görə, direktor hərəkətə keçərək bu qisimdə olan işçiləri işdən azad etdi. Xeyli sayda işçinin adını maaş cədvəlinə yazmaqla hər ay dövlət büdcəsinə də az "xəcalət” vermirdi. Şükür ki, bu biabırçılığın qarşısı qismən alındı.

E.Ağayeva qohumu Məhəbbət Vəliyevanın Azərbaycan təhsilindəki son "əsər”lərindən biridir. Bu gün də daha çox onun diqtəsi və qanunları ilə idarə olunan məktəb sürətlə uçuruma doğru yuvarlanmaqdadır. Təkcə müəllimlər arasında deyil, valideynlər arasında da narazılıq güclənir. Onların ölkə rəhbərliyinə mövcud vəziyyət barəsində müraciət edəcəyi gözlənilir. Maraqlı burasındadır ki, əvvəllər hər hansı ümumitəhsil məktəblərlə bağlı ölkə mediasında yazılar dərc olduqda həmin an Təhsil nazirliyinin və BŞTİ-nin nəzdində fəaliyyət göstərən daxili nəzarət şöbələri hərəkətə keçər, yoxlamalar aparar və lazımi tədbirlər görərdi. Təəsüf ki, hazırki durumda Daxili nəzarət şöbəsi susur.  Uzun illər təcrübəli pedaqoqların min bir əziyyətlə zəngin ənənələr formalaşdırdığı 20 saylı məktəbi xilas etmənin zamanıdır. Nə qədər ki, gec deyil…

cumhuriyyet.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook