2-ci qrup Qarabağ müharibəsi əlili: "Bezmişəm, çıxış yolunu ancaq intiharda görürəm"
Oktyabr 01
01:40
2018
Ucar rayonu Qaracallı kənd sakini 2-ci qrup Qarabağ müharibəsi əlili Qasımov Şöhrət Mülkədar oğlu tərəfindən Qlobal.az-ın elektron poçtuna Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə ünvanlanmış şikayət məktubu daxil olub.
Məktubu olduğu kimi təqdim edirik:
"Mənə və ailəmə qarşı edilən qanunsuzluğa görə intihar edəcəm. Bunun isə məsuliyyəti saxtakarlıq edib mənim ev növbəmi dəyişib geri yazan vəzifəli şəxslərin üzərinə düşəcək. Artıq qəti fikirimdir ki, çıxış yolunu ancaq intiharda görürəm. Həyatımdan bezmişəm. Bir neçə ay əvvəl mətbuatda müraciətim yayılandan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin müdiri Faxrət Gülüşov yaşadığım daxmaya gəlib tezliklə bizim ailəyə ev inşa ediləcəyinə söz verib mənimlə şəkil çəkdirib getdi. Ancaq sonra mənə öz iş otağında dedi ki, bu mənlik deyil nazirlik icazə verməlidir.

Mən bir daha Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə müraciət edib izah edirəm.
Cənab Nazir
Siz bu vəzifədə yenisiniz, bilmirsiniz. Ancaq buradan izah edim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bəzi əməkdaşları rüşvət müqabilində mənim ev növbəmi dəyişib geri yazıblar. Subut kimi deyim bilin Ucar rayonu Lək kənd sakini Rafiq adlı Qarabağ müharibəsi əlili ev növbəsində 1-ci, mən 2-ci, Ruslan isə 3-cü idi. Rafiq və Ruslana ev inşa edildi mənim isə növbəm geri yazılıb 7-ci edildi. Bu saxtakarlıq korrupsiya cinayətini Ucar rayon icra hakimiyyətinin işçisi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı əlbir olub ediblər. Nəticədə də mən gördüyünüz kimi heyvanında qala bilməyəcəyi daxmada 2 azyaşlı uşağımla yaşamağa məhkum edilmişəm. Bu mənzərəni gözləri ilə görən hər bir vicdanlı insan dəhşətə gələr. Bəlkədə Azərbaycan Respublikasında ikinci belə yarasız şəraitsiz və təhlükəli vəziyyətdə olan ev yoxdur ki, mənim ailəm yaşayır. Mənim ailəmin yaşadığı yerə ev yox daha doğrusu qamışdan düzəldilmiş tövlə demək olar. Yağışda-qarda yaşadığımız daxmanı su basır. Yayda istidən yaşamaq olmur.
Mən keçən müraciətimdə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevi yaşadığım daxmaya qonaq dəvət etdim ki, gəlib görsün.Nazir özü gəlməsədə Ucar rayonundakı nümayəndəsi Faxrət Gülüşovu göndərdi. Yuxarıda qeyd etdiyim kimi Faxrət Gülüşov gəlib baxdı dəhşətə gəldi söz verib şəkil çəkdirib getdi. Ancaq sonradan mənə öz iş otağında dedi ki, bu iş bir başa nazirliyə aiddir. Mən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevi yenə Ucar rayonunun Qaracallı kəndinə olan daxmama qonaq dəvət edirəm bəlkə bizim ailənin yaşadığı şəraiti gəlib gözləri ilə görüb insafa gələr.
Artıq həyatımdan bezmişəm buna görədə mənə qarşı edilən qanunsuzluğa etiraz olaraq inrihar etməyi qərara almışam. Fikirim isə qətidir. Erməni gülləsi məni öldürmədi ancaq ailəmə qarşı edilən qanunsuzluq məni öldürəcək".
Qlobal.az