SON XƏBƏR

1989-cu ildən yüksək vəzifə tutan məmur işdən çıxarıldı

Dekabr 13
15:21 2021
Dövlət Sığorta Kommersiya Şirkətinin sədr müavini vəzifəsindən azad olunub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 28.05.1989-cu ildən Dövlət Sığorta İdarəsinin sədrinin birinci müavini vəzifəsində çalışan Hacıyev Aftandil Əskər oğlu müvafiq əmrlə yaş həddi ilə əlaqədar işdən çıxarılaraq təqaüdə göndərilib.

Qeyd edək ki, Aftandil Hacıyev 15.01.1944-cu ildə Tovuz rayonunda anadan olub. O, 1967-ci ildə Mərkəzi Əmanət kassasında kontroler, 1968-ci ildə Dövlət Sığorta İdarəsinin Şəxsi Sığorta Şöbəsində inspektor vəzifəsinə təyin olunub. 28.05.1989-cu ildə Dövlət Sığorta İdarəsinin sədrinin birinci müavini vəzifəsinə təyin ediib. 3 övladı, 7 nəvəsi var.

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Fərhad Adıgözəlovu Dövlət Sığorta Kommersiya Şirkətinə sədr təyin edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook