İş adamı azadlığa buraxıldı
Dekabr 19
11:37
2019
"Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımov azadlığa çıxıb.
Gununsesi.org xəbər verir ki, tanınmış iş adamını müğənni dostu Manaf Ağayev qarşılayıb.
Qeyd edək ki, dələduzluqda, külli miqdarda vəsaitlərin mənimsənilməsində təqsirli bilinən İ.Qasımov 2016-cı ilin 30 noyabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə 15 il azadlıqdan məhrum edilmişdi. 2017-ci ilin martında Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən apellyasiya şikayəti üzrə prosesdə İlham Qasımovun məhkumluq cəzası 15 ildən 12 ilə endirilmişdi.



