188 nəfər Azərbaycan vətəndaşlığından çıxarılıb
Mart 06
12:26
2019
Ötən il daxil olan məlumatlar əsasında dini ekstremist fəaliyyətlə məşğul olduqlarına görə 188 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını itirməsi ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən əsaslandırılmış rəylər hazırlanıb.
Bu barədə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub. Həmin rəylərə baxılması üçün toplanmış materiallar müvafiq məhkəməyə göndərilib.
Hesabatda bildirilib ki, ötən il Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və xitam ilə bağlı əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən, həmçinin ölkə vətəndaşlarından daxil olmuş 965 müraciət müvafiq qaydada araşdırılıb.
Bu müraciətlərdən 579-u Azərbaycan vətəndaşlığına qəbul, 11-i vətəndaşlığa bərpa, 375-i isə vətəndaşlıqdan çıxarma ilə bağlı olub.
Eyni zamanda əvvəlki hesabat dövründən icraatda olan sənədlərlə birlikdə 975 vəsatət (616 qəbul, 14 bərpa, 345 çıxarma) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasına təqdim edilib.