SON XƏBƏR
  • Prezident bu şəxsləri təltif etdiAzərbaycan dəmir yolu nəqliyyatı işçiləri təltif edilib. Qlobal.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla dəmir yolu nəqliyyatının inkişafında səmərə..
  • Makron istefa verməkdən imtina etdiFransa prezidenti Emmanuel Makron bəyan edib ki, vəzifəsindən istefa vermək niyyətində deyil və ölkənin sabitliyini təmin etmək üçün dövlət başçısı kimi fəaliyyətini davam etdirəcək.  Qaynarin..
  • Vüqar Qurbanov İlahə Şükürovanı işdən çıxardıSabunçu Tibb Mərkəzinin baş həkimi İlahə Şükürova vəzifəsindən azad olunub. Oxu.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr..
  • “Sağlam gənclik – Güclü Azərbaycan!” prinsipi III MDB Oyunlarında təsdiqini tapdı İdmanAzərbaycan hökumətinin idmana göstərdiyi diqqət və qayğı təsadüfi deyil – bu, milli gücün, sağlam cəmiyyətin və beynəlxalq nüfuzun strateji dayağıdır. Bu gün Azərbaycan yalnız medallar qazanan ölkə de..
  • "Vüsal 300" ev dustaqlığına buraxıldıBir müddət əvvəl həbs edilən "Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu ev dustaqlığına buraxılıb. "Report"un əldə etdiyi xəbərə görə, bu barədə Xətai rayon Məhkəməsi qərar verib. ..
  • Əlisəmid Kür vəfat etdiŞair Əlisəmid Kür (Cəfərli) vəfat edib. Bu barədə APA-ya şairin ailə üzvləri məlumat veriblər. Ailəsinin bildirdiyinə görə, o, bu gün yaşadığı evdə dünyasını dəyişib. Qeyd edək ki, səhhətində..
  • Şərurlu İsfəndiyar kabinetində gizli çəkiliş edib - VİDEOMəşhur iş adamı şərurlu İsfəndiyarla bağlı qalmaqallı iddia ortaya atılıb. Qlobal.az xəbər verir ki, onun APA TV-nin əməkdaşlarını gizli şəkildə çəkərək kanalı təhdid etdiyi bildirilib. İddiaya ..
  • Nizami rayonunda ağacı hasarlayaraq MİS-ə anbar tikilib - VİDEOBakının Nizami rayonu, Nəsimi küçəsi 37 ünvanında ağacı hasara alaraq anbar tikiblər. Əvvəlcə ağacın ətrafını armaturla toxuyub, sonra daşla hörüblər. Xezerxeber.az-ın məlumatına görə, bununla b..
  • "Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib"Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib. Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. 171 xalı olan Azərbaycan ..
  • Fransanın Baş naziri yeni hökuməti formalaşdırıbFransanın Baş naziri Sebastyen Lekornyu yeni hökuməti formalaşdırıb. "Report"un xəbərinə görə, bu barədə BFMTV telekanalı Yelisey sarayına istinadən məlumat yayıb. Jan-Noel Barrot xarici işl..

179 min manatlıq tenderi nazir müavininin qardaşı udub? - SƏNƏDLƏR

Fevral 18
00:40 2025
"AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyəti cari ilin yanvar ayının 22-də sifarişçi olduğu növbəti satınalmaya yekun vurub. 
 
Qlobal.az xəbər verir ki, "AzInTelecom” MMC-nin "Müəssisə daxili tədbirlərin təşkili xidmətlərinin satın alınması" lotu üzrə yekun vurduğu satınalmada "LAGUNA GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1004604201) qalib elan edilib. 
 

 
Tenderin smetası 179.733 manat təşkil edir. 
 
"LAGUNA GROUP" MMC 2017-ci ildə təsis edilib. Şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Əcəmi Naxçıvanı ev 27, mənzil 102 ünvanı, qanuni təmsilçisi Əsgərov Ramil Əsgər oğludur. 
 

 
Müqaviləyə görə "LAGUNA GROUP" MMC "AzInTelecom” MMC-nin bir neçə tədbirini təşkil edəəck. Bu tədbirlərin sırasında Liderlik bacarıqlarının inkişafı ilə bağlı komanda quruculuq tədbiri, Uşaqlar günü, Maraqlar klubu, Müəssisə daxili tədbir - Ramazan bayramında iftar süfrəsi, Voleybol, Bouling yarışları, Tədbirlər üçün hədiyyə kartları, Azgranata şirkətinin üzüm bağlarına ekskursiya və s. yer alır. 
 
Qalib elan edilən "LAGUNA GROUP" MMC-nin fəaliyyət profili, lisenziyaları, maddi texniki bazası barədə açıq internet resurslarında məlumatlara rast gəlinmir. 
 
Məlumata görə "LAGUNA GROUP" MMC nazir müavini vəzifəsində çalışan Yalçın Rəfiyevin qardaşına məxsusdur.

 
Yalçın Rəfiyev
 
"LAGUNA GROUP" MMC-nin hüquqi ünvanında - Binəqədi rayonu, Əcəmi Naxçıvanı ev 27, mənzil 102 - də daha bir şirkət qeydiyyata alınıbdır. "My Vings” MMC (VÖEN – 1002351891) adlı bu şirkətin qanuni təmsiçisi nazir müavini Yalçın Rəfiyevin qardaşı Rəfiyev Müzadil İlqar oğludur.
 

 
Qeyd edək ki, "AzInTelecom” MMC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərir.
 
"AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizovdur. Elxan Əzizov 2022-ci ildə bu vəzifəyə təyin edilib. 
 

 
Şirkətin fəaliyyət istiqamətləri bulud həlləri, Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan Beynəlxalq səs trafiki, Biznes həlləri, İnformasiya Təhlükəsizliyi xidmətləri, SİMA rəqəmsal həllər platforması və Mərkəzləşdirilmiş informasiya sistemlərindən ibarətdir.
 
Qlobal.az nazir müavinin qardaşının şirkəti ilə eyni hüquqi ünvanda olan şirkətin qalib elan edilməsi məsələsi ilə bağlı "AzInTelecom” MMC-dən mövqe öyrənib. 
 
Açıqlamada deyilir:
 
"2024-cü il yanvarın 1-dən qüvvəyə minən "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa (budan sonra - Qanun) əsasən Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri ilə nəzərdə tutulduğu və ya dövlət təhlükəsizliyi baxımından müəyyən xarici təchizatçıların və ya müəyyən ölkələrdən (o cümlədən Azərbaycan Respublikasının diplomatik əlaqələri olmadığı ölkələrdən) olan xarici təchizatçıların satınalmada iştirak etməsinə məhdudiyyətlər qoyulduğu hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident təchizatçı Azərbaycan Respublikasında keçirilən satınalmalarda iştirak edə bilər. Qanuna uyğun olaraq təchizatçıların uyğunluq göstəriciləri təchizatçılara dair ümumi və xüsusi tələblərdən ibarətdir. Təchizatçıların uyğunluq göstəricilərinə dair tələblər şərtlər toplusunda ətraflı izah olunur və bütün təchizatçılara eyni dərəcədə şamil edilir. Həmçinin, Qanunun 8-ci maddəsinə əsasən satınalan təşkilat qanunvericilikdə öz əksini tapmış istisna hallarını nəzərə almaqla (məhkəmənin, nəzarət orqanının, Azərbaycan Respublikasının Hesablama Palatasının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qanunla müəyyən edilmiş hüquq və vəzifələrinin icrası ilə bağlı məlumatların açıqlanması halları), təchizatçıların kommersiya sirri təşkil edən və ya qanunla qorunan digər məlumatlarını açıqlamır və onları məxfi (konfidensial) saxlayır. Əlavə olaraq qeyd etmək istərdik ki, Qanunun 14-cü maddəsinə əsasən satınalan təşkilatlardan və təchizatçılardan keçirilən satınalma proseduru ilə əlaqəli sənədləri (məlumatları) tələb etmək və təkliflərin yenidən qiymətləndirilməsi və ya satınalmanın ləğv edilməsi barədə qərar qəbul etmək səlahiyyətlərini satınalma sahəsində dövlət nəzarətini nəzarət orqanı həyata keçirir".
 
Cahandar Laçınlı
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook