SON XƏBƏR

170 milyon manatı mənimsəyən iş adamının həbs müddəti uzadıldı

Fevral 20
13:56 2016
Azərbaycan Beynəlxalq Bankından 170 milyon kredit götürərək mənimsəməkdə təqsirləndirilən, "Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad Yavuz barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
 
Trend-in məlumatına görə, Erhan Cavad Yavuzun həbs müddəti Nərimanov rayon Məhkəməsinin qərarı ilə daha 3 ay artırılıb. Qeyd edək ki, "Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad Yavuzun həbs müddəti sonuncu dəfə ötən il noyabrın 19-da 3 ay artırılmışdı.
 
Xatırladaq ki, Erhan Cavad Yavuz Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook