17 yaşlı qız 50 yaşlı kişiyə ərə verilib? - İcra Hakimiyyətindən cavab
Dekabr 12
13:49
2022
Gədəbəy rayon İcra Hakimiyyəti 17 yaşlı qızın 50 yaşlı kişiyə ərə verilməsi ilə bağlı məlumata aydınlıq gətirib.
Qurumun Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Oruc Əhmədov Qaynarinfo-ya açıqlamasında deyib ki, Gədəbəydə 17 yaşlı qızla ailə quran bəy Rusiyada yaşayır:
"Bu məlumatı araşdırdıq. Məlum oldu ki, qızın nişan mərasimi olub. Yetkinlik yaşına çatmayan qız Gədəbəy rayon sakini deyil. Eyni zamanda, qarşı tərəf, yəni 50 yaşında bəy Gədəbəy rayon sakini olsa da, uzun müddətdir Rusiyada yaşayır”.
Qeyd edək ki, Gədəbəydə 17 yaşlı qızın 50 yaşlı kişi ilə evlənməsi barədə məlumat polis tərəfindən araşdırılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun məlumatna görə, qızın 17 yaşı tamam olub. Onların nikaha daxil olması ilə bağlı hər hansı bir məlumat öz təsdiqini tapmayıb. Hazırda Polis Şöbəsində araşdırmalar davam etdirilir.