SON XƏBƏR

156 saylı məktəbin direktoru nazirliyin cinayət işi açdığı hadisədən danışdı: "Zarafat ediblər" (VİDEO)

Fevral 20
12:38 2024
"Hadisə yanvarın 17-də məktəbdən kənarda baş verib. Biz bu hadisə ilə bağlı fevralın 14-də məlumat almışıq. Məlumat aldıqdan sonra şagirdin valideyni ilə əlaqə saxlanılıb və məktəbə dəvət olunub".

Bu sözləri 156 nömrəli məktəbin direktoru Gülər İsmayılova Baku TV-yə açıqlamasında bildirib.

O əlavə edib ki, görüntülərdə olan şəxslərdən yalnız biri məktəbin şagirdidir: "Digər şəxs bizim məktəbin şagirdi deyil. Həmin şagirdin dərslərdə nəticələri ortadır. Zəif oxuyan şagird deyil. Buna qədər məktəb daxilində heç bir şagirdlərə qarşı oxşar hərəkət etməyib. Həmin şagird və valideyni bizə bildirib ki, zarafat edib. Etdiyi zarafatdan peşmandır".
 
Qeyd edək ki, Daxili İşlər nazirliyi hadisə ilə bağlı cinayət işi açıldığı barədə məlumat yayıb. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook