SON XƏBƏR

15 il sonra ev aldığını xatırlayan şəxsin arxasında hansı məmur dayanır? – TƏFƏRRÜAT

İyul 21
15:35 2022
Hazırda həbsdə olan iş adamı Cahangir Alışovdan 14 il əvvəl ev alan şəxslərin problemləri hələ də öz həllini tapmır. Vətəndaşlar uzun illərdir məhkəmələrdə süründürməçiliyə məruz qalırlar.

C.Alışovun əməllərindən zərərçəkənlərdən biri də Saleh Nəsirovdur.

O, bildirir ki, 2008-ci ildə "Yeni Yasamal” MTK-nın sədri Cahangir Alışovla razılaşaraq 12-ci mərtəbədə 202 saylı, 4 otaqlı mənzil alıb və buna görə də 105 min 210 manat pul ödəyib: "2013-cü ildə artıq bir mənzilin bir neçə adama satılması problemləri üzə çıxmışdı. Mən də evə qapı qoydurub üstünə nömrəmi yazdım ki, digər aldanan 3 nəfəri də tapa bilim. Bu yolla həmin şəxslər mənimlə əlaqə saxladı və birgə hüquq-mühafizə orqanlarına müraciət etdik. Cahangir Alışov və digər MTK sahiblərinin əməllərindən zərərçəkənlərin demək olar ki, böyük hissəsi "Şərur” MTK-da evlə təmin olunub. Bu mənzilin birinci sahibi mən olduğum üçün ev də bizim adımıza sənədləşdirildi”.

Amma məsələ bununla da bitmir. S.Nəsirov əlavə edir ki, təxminən 10 ildən sonra daha bir şəxs ortaya çıxaraq həmin mənzili ondan 1 il əvvəl aldığını iddia edib: "8 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin baş mühəndisi Hüseynov Yuris Xələf oğlu iddia qaldırıb ki, bu mənzili 2007-ci ildə alıb və bununla bağlı müqaviləsi var. Məhkəmədə dedi ki, buna görə Cahangir Alışova 67 min manat pul ödəyib.

"Yeni Yasamal” MTK-nın vəkili isə bildirir ki, Yuris Hüseynovdan binanı tikmək üçün beton alıblar və əvəzində ona mənzil veriblər. Şirkət əvvəlcə Yuris Hüseynovun təqdim etdiyi müqavilənin etibarsız hesab edilməsi üçün iddia qaldırdı, sonra nədənsə həmin iddianı geri götürdü”.

Saleh Nəsirovun sözlərinə görə məhkəmə araşdırması zamanı "8 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəisi Əliheybət Şirinov, həmin idarənin baş mühəndisi Yuris Hüseynovun MTK-nın sədri Cahangir Alışova 1,8 milyon manatlıq beton verdiyi məlum olub. Betonun qarşılığında nağd pul və girov olaraq Yuris Hüseynova 3 ədəd mənzil verilib.

S.Nəsirov həmçinin bildirir ki, işlə bağlı 28.10.2021-ci il tarixdə Binəqədi rayon məhkəməsində hakim Səadət Səlimovanın sədrliyi ilə proses keçirilib və Saleh Nəsirovun xeyrinə qarar qəbul edilib.

Lakin MTK və Yuris Hüseynov məhkəmənin bu qərarı ilə razılaşmayıblar, apellyasıya şikayəti veriblər. Hazırda iş Bakı apellyasiya məhkəməsində hakim İkram Şirinovun icraatındadır.

İş apelyasiya mərhələsinə çatanda başqa məqamlar üzə çıxıb. Belə ki, Allahverdiyev Ramin Hüseyn oğlu adlı şəxs məhkəməyə müraciət edib və bildirib ki, qəbul edilmiş qərar onun maraqlarına toxunur, çünki o da 2007-ci ildə eyni mənzili MTK-dan 91850 manata alıb və əlində 12.06.2007-ci tarixli alqı-satqı müqaviləsi vardır.

Ancaq sual yaranır ki, həmin şəxs 15 il ərzində harda olub, niyə binada yaşayan bir nəfər qonşu belə onu tanımır, niyə istintaq gedən zaman müraciət edib zərərçəkmiş kimi tanınıb digər şəxslər kimi "Şərur” MTK-də mənzil əldə etməyib.

Zərərçəkmiş S.Nəsirov söyləyir ki, Ramin Allahverdiyevin MTK ilə Yuris Hüseynovla əlaqələri var, sonuncunun əlindəki sənədləri saxtadır.

Buna görə məhkəmə xususi qərar çıxardıb həmin sənədlərin saxta olmasına dair prokurorluğa məlumat göndərməlidir, ancaq məhkəmə nədənsə bunu etmir.
MTK-nın əməkdaşları bu günə qədər saxta müqavilə və arayışlar tərtib edərək dələduzluq yolu ilə vətəndaşları aldadırlar, binada sahibi olan mənzilləri başqa şəxslərə ucuz qiymətə satırlar.

Xatırladaq ki, 8 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəisi Əliheybət Şirinov həmin idarənin baş mühəndisi Hüseynov Yuris Xələf oğlu MTK-nın sədri Cahangir Alışova 1.8 milyon qiymətində beton veriblər, betonun qarşılığında nağd pul və girov olaraq bir neçə mənzil götürüblər. Yuris Hüseynova 3 ədəd mənzil verilib.
Xatırladaq ki, Əliheybət Şirinov və Yuris Hüseynov adlı məmurlar bizə daha əvvəl ölkə gündəmini zəbt etmiş qalmaqaldan tanışdılar. Hər iki şəxs paytaxt Bakıda Müşfiqin heykəlinin icazəsiz olaraq götürülməsinə görə cəzalandırılmışdı.

Bu mövzu ictimailəşdikdən sonra Yuris Hüseynov yuxarıda qeyd edilən məhkəməni uduzub. Binəqədi rayon Məhkəməsi vətəndaşın xeyrinə qərar çıxarıb.

Musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook