SON XƏBƏR

"15-ci əsrədək olan ortaq türk tarixi ilə bağlı dərslik hazırdır" - Nazir

Yanvar 30
11:29 2020
"15-ci əsrədək olan ortaq türk tarixi ilə bağlı dərslik artıq hazırdır".

"Report" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırlanmış dərsliyin tədrisinə başlaması məsələsi Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclasında müzakirə ediləcək: "Eyni zamanda ortaq coğrafiya və ədəbiyyat dərsliklərinin üzərində də işlər gedir. Burada bu məsələ də müzakirə olunacaq".

Qeyd edək ki, Beynəlxalq Türk Akademiyası Elmi Şuraysının III iclası keçirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook