SON XƏBƏR

13 il əvvəl Buşun Obamaya etdiyi inanılmaz xəbərdarlıqlar üzə çıxdı – NYT

Fevral 21
10:16 2023
2009-cu ildə ABŞ-ın 43-cü prezidenti Corc Buş Rusiyanın Ukraynaya hücum edə biləcəyini ehtimal edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” qəzeti yazır.

Buşun 2009-cu ildə vəzifəsini tərk etməzdən əvvəl varisi Barak Obamaya verdiyi məxfilikdən çıxarılmış qeydlərində deyilir ki, Rusiya "əhalisinin 59%-i etnik rus olan və Rusiya Dəniz donanmasının yerləşdiyi Krımda Ukraynanın ərazi bütövlüyünə meydan oxuya bilər".

Sənədlərdə həmçinin qeyd olunur ki, "Rusiya Avropanın Rusiya enerjisindən asılılığından sui-istifadə edəcək” və "ABŞ ilə Avropanın arasını vurmaq üçün” siyasi vasitələrdən yararlanacaq.

Bununla da, Buş Rusiya qoşunlarının Krımı işğal etməsindən 5 il, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalına başlamasından 13 il əvvəl həmkarına Rusiyanın təhdidləri barədə xəbərdarlıq edib.

Həmçinin qeydlərdə Buş Obamaya başqa ölkələr haqqında danışıb.

"Hindistan dostdur. Pakistan yox. Şimali Koreya və ya İrana inanmayın, amma danışmaq susmaqdan yaxşıdır. Rusiyaya diqqət yetirin: o, qonşusu Ukraynanın ərazisinə tamah salır. Yaxın Şərq və Mərkəzi Asiyada həll olunmayan quru müharibələrinin tələsinə düşməkdən çəkinin”, - Buş yazıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook