SON XƏBƏR

12 yaşlı Nihadın köməyinizə ehtiyacı var – FOTO

May 02
03:06 2022
Beyləqan rayon sakini Süleymanov Nihadın köməyə ehtiyacı var

Bu barədə 12 yaşı Nihad Süleymanovun anası Vüsalə Məmmədova  məlumat verib.

O bildirib ki, oğlu Nihad leykoz xəstəliyindən əziyyət çəkir. 

"Oğlum Süleymanov Nihad Süleyman oğlu 2019-cu ildən leykoz xəstəliyinə tutulub. Hazırda övladım B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alır. Həkimlər bildirirlər ki, övladım Nihad Süleymanovun sağalması üçün ona mütləq şəkildə ilik köçürülməlidir. Övladım Nihada ilik köçürülməsi üçün 150 (yüz əlli min) min manat vəsait lazımdı. May ayının əvvəlində oğlumu əməliyyat etdirməliyik. Ancaq Nihadın həyatının qurtulması üçün lazım olan 150 (yüz əlli min) manat vəsaitin hamısını ödəməyə maddi gücümüz çatmır. 

Yardımsevər insanların dəstəyinə ehtiyyacımız var. İmkanı olan vətəndaşlarımızdan xahiş edirəm övladımın sağalmasına köməklik göstərsin". 

Nihadın anası ilə əlaqə saxlamaq üçün: 050 355 05 54

Kapital Bank Hesabı: 

4169 7387 5109 9569 
 

 

 







Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook