SON XƏBƏR

"12-ci imam"a 12 il həbs verildi

Oktyabr 18
15:37 2023
Özünü 12-ci İmam Mehdi kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən təqsirləndirilən Aqil Babayev 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Prokuror çıxışı zamanı Aqil Babayevin 13 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, "ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN)Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Onun barəsində barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. İş üzrə zərərçəkmiş şəxslərə 2 milyon 500 min manat ziyan dəydiyi iddia olunur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook