SON XƏBƏR

100 tələbəyə 3 min manatın veriləcəyi təsdiqləndi

İyul 07
12:00 2023
Prezident İlham Əliyevin Sərəncamı ilə "Heydər Əliyev adına təqaüd” təsis edilib.

Qlobal.az xəbər verir ki, Baş nazir Əli Əsədov Sərəncamın icrasının təmin edilməsini təsdiqləyib.

Ə.Əsədovun imzaladığı Sərəncama əsasən, Elm və Təhsil Nazirliyi Azərbaycanın ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 (yüz) nəfər tələbə üçün təsis edilmiş "Heydər Əliyev adına təqaüd”ün verilməsi ilə bağlı maliyyələşmə zərurəti yarandıqda, bu barədə təkliflərini Nazirlər Kabinetinə təqdim edəcək.

Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.

Qeyd edək ki, təqaüd Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan dövlət büdcəsinin vəsaiti hesabına 3 000 manat məbləğində birdəfəlik veriləcək.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook