SON XƏBƏR

100 mindən çox insan Saakaşvilinin Gürcüstana qayıtması üçün hərəkata qoşuldu

Sentyabr 30
18:59 2021
12 gün ərzində təxminən 104 min insan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vətənə qayıtmasını asanlaşdırmaq üçün yaradılan hərəkata üzv olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə hərəkatın təşkilatçısı, "Qanun və Ədalət” partiyasının sədri, millət vəkili Tako Çarkviani məlumat verib.

Çarkviani hesab edir ki, qeydiyyatdan keçənlərin ən azı yarısı keçmiş dövlət başçısı ilə şəxsən görüşə gələcək. 

O, Daxili İşlər naziri Vaxtanq Qomelauri ilə görüşməyi və danışmağı planlaşdırdığını deyib: "Dinc bir görüşə hazırlaşırıq. Təyyarənin sülh yolu ilə yerə enməsini istəyirik” 

Gürcüstan vətəndaşlığından məhrum ediləm Ukrayna İslahatlar Şurasının hazırkı rəhbəri Mixail Saakaşvili daha əvvəl oktyabrın 2-də keçiriləcək yerli seçkilər üçün vətəninə qayıtmaq niyyətində olduğunu bildirib. Lakin onun Tbilisiyə gəldikdən dərhal sonra həbs olunma ehtimalı yüksəkdir, çünki Gürcüstanda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur və daxili axtarışa verilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook