SON XƏBƏR

1 milyarddan çox uşaq təhlükə qarşısında: yoxsulluq, müharibə...

May 31
11:28 2018
"Save the Children" təşkilatının hesabatına görə, dünyada 1,2 milyard uşaq təhlükə altındadır.

Qaynarinfo xəbər verir ki, dünyadakı uşaqların yarısından çoxu yoxsulluq, müharibə, cinsi ayrıseçkiliklə üz-üzədir.
 
Hesabatda bildirilir ki, 1 milyard uşaq yoxsulluq, 240 milyon uşaq müharibə, 575 milyon qız uşağı isə cinsi ayrıseçkiliyə məruz qalır. Azyaşlıların 1,2 milyardı bu təhlükələrdən azı 1-i, 20 ölkədə yaşayan 153 milyon uşaq isə hər 3 təhlükə ilə qarşı-qarşıyadır.

Statistikaya görə mövcud vəziyyət əvvəlki ildən daha yaxşıdır.

Uşaq hüquqlarının ən yaxşı vəziyyətdə olduğu ölkələr isə Sinqapur, Sloveniya, Norveç, İsveç və Finlandiyadır. 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook