SON XƏBƏR

1 milyard dollarlıq təzminat davası yekunlaşdı

Dekabr 25
15:51 2018
Şimali Koreyada 1 il həbs həyatı yaşayandan qısa müddət sonra ölən amerikalı tələbə Otto Vormbierlə bağlı məhkəmə prosesi yekunlaşıb.

Qaynarinfo xəbər verir ki, tələbənin ailəsi Şimali Koreya hakimiyyətini oğullarına işgəncə edərək öldürməkdə ittiham edərək 1 milyard dollarlıq təzminat davası açmışdı. ABŞ federal məhkəməsi Şimali Koreyanın 501 milyon dollar ödəməsi barədə qərar çıxarıb. Lakin bu hökm simvolik xarakter daşıyır. Şimali Koreya və ABŞ arasında hökmü qanuni elan edəcək müvafiq razılaşma yoxdur.

Qeyd edək ki, Otto Vormbier Şimali Koreyada qaldığı oteldə təbliğat posterini oğurlamaqda ittiham edilərək 15 il həbsə məhkum edilmiş, 1 il sonra sağlamlıq vəziyyəti pisləşdiyi üçün azad edilərək ABŞ-a təhvil verilmişdi. O, ölkəsinə qayıdandan 6 gün sonra öldü. Şimali Koreya tələbənin ödlürülməsi ilə bağlı iddiaları rədd edərək Ottonun səhhətinin qida zəhərlənməsindən sonra pisləşdiyini bildirmişdi.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook