SON XƏBƏR

" Vaşinqton İranla böhranın həllində maraqlıdır" - Rusiya XİN rəhbəri

Dekabr 16
07:29 2025
Rusiya ABŞ-yə İran ətrafında vəziyyətin normallaşlması ilə bağlı öz yanaşmalarını təqdim edib.

"Report" xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov İran Dövlət Televiziya və Radio Yayımları Korporasiyasına verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Vaşinqton böhranın həllində maraqlıdır.

"Biz İran ilə işləyirik. Amerikalılara hazırkı vəziyyəti normallaşdırmaq barədə öz yanaşmalarımızı izah edirik. Yardım göstərməyə hazırıq. Təfərrüata varmayacağam. Orada konkret məsələlər var ki, həm bizim iranlı dostlarımız, həm də ABŞ Prezidenti Donald Trampın vasitəsilə bu münaqişənin həllində maraqlı olan amerikalılar yaxşı bilirlər", – nazir vurğulayıb.
Lavrov əlavə edib ki, Moskva İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) və Qərblə münasibətlərdə böhranın aradan qaldırılması istiqamətindəki səylərini dəstəkləyəcək: "Rusiya prezidenti Vladimir Putin dəfələrlə iranlı həmkarı Masud Pezeşkian və onun nümayəndələrinə bildirib ki, biz Tehran rəhbərliyinin İran xalqının maraqları naminə seçdiyi mövqeyi dəstəkləyəcəyik".

Onun sözlərinə görə, yaxın vaxtlarda İranın xarici işlər naziri Abbas Əraqçi ilə keçiriləcək görüşdə Tehranın nüvə proqramı məsələsinin müzakirəsi davam etdiriləcək.
Qeyd edək ki, A. Əraqçi 17 dekabrda Moskvaya işgüzar səfər edəcək.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook