Şahidlər məhkəməyə gəlmədi, keçmiş sədr vəsatət verdiBakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən keçmiş bələdiyyə sədri Fikrət Quliyevin məhkəməsi keçirilir.
Qaynarinfo xəbər verir ki, məhkəmə iclasına hakim Novruz Kərimov sədrl..
“AQA Şirkətlər Qrupu” tələbələrə vəd etdiyi təqaüdü vermir?"AQA Şirkətlər Qrupu” tələbələrə vəd etdiyi təqaüdü vermir.
Bu barədə "Azərbaycan Universitetləri” səhifəsi paylaşım edib.
Bildirilib ki, "AQA Şirkətlər Qrupu” ötən il tələbələr arasında "Dəmir ..
Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır"Nə Rəşad? Rəşad kimdir? Mən Rəşadı tanımıram"
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev mədəniyyət nazirinin Kino Agentliyinə baş ..
İranda İsrailə casusluqda ittiham olunan şəxs edam edilibİranda İsrailin kəşfiyyat xidməti "Mossad”la əlaqədə və casusluqda ittiham olunan şəxs edam edilib.
APA xəbər verir ki, bu barədə İranın Məhkəmə və Ədliyyə Sistemi məlumat yayıb.
Məlumatda..
Baş nazirdən süni intellekt strategiyası ilə bağlı qərarNazirlər Kabineti ölkə Prezidentinin "2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında” 19 mart 2025-ci il tarixli sərəncamının icrasının təmin edilməsi barədə qərar qə..
Tofiq Bəhramov adına Respublika Stadionunda biabırçı mənzərə: Tullantılar, nizamsızlıq və avtoparkinq problemi
Tofiq Bəhramov adına Respublika Stadionunda müşahidə edilən vəziyyət narahatlıq doğurur.
32gun.az-ın təqdim etdiyi görüntülərdən də görünür ki, stadionun daxili və ətrafında təmizlik işlərinə lazımi diqqət yetirilmir. Ərazidə yığılıb qalmış zibillər, atılmış plastik və sellofan tullantılar təbiətə ciddi zərər verməklə yanaşı, stadionun ümumi görüntüsünü də korlayır.
Təmizlik problemi və ekoloji təhlükə
Stadion ətrafında uzun müddətdir təmizlənməyən tullantılar təpə halında yığılıb. Bu tullantıların tərkibində təbiət üçün təhlükəli olan sellofan və plastiklər üstünlük təşkil edir.
Sektor girişlərində avtoparkinq, çəpərləmə və "stayanşik"lər
Stadionun bir neçə sektor girişinin avtomobillər üçün parkinq zonası kimi istifadəsi piyadaların hərəkətinə maneə törədir. Bununla yanaşı, bəzi avtomobillər üçün xüsusi çəpərləmə sistemindən istifadə edildiyi və bu yerlərdə "stayanşik"lərin də mövcud olduğu müşahidə olunub. Bu vəziyyət stadion ərazisində nəqliyyatın və insanların hərəkətini daha da çətinləşdirir.
İdarəetmə və infrastruktur çatışmazlıqları
Stadion ərazisində çəpərlərin məqsədyönlü istifadə edilməməsi, ərazinin nizamsızlığı ilə birlikdə daha geniş idarəetmə problemlərini ortaya qoyur. Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionu Gənclər və İdman Nazirliyinin balansındadır.
Bir neçə gün öncə stadionun direktoru vəzifəsinə Elnur Nağdəliyev təyin edilib. Yeni rəhbərdən gözləntilər yüksəkdir və problemlərin həlli üçün konkret addımların atılması zəruridir.
Stadionun təmizliyi və nizamlılığı həm ölkəmizin imici, həm də idman azarkeşlərinin rahatlığı baxımından böyük əhəmiyyət kəsb edir. Gözlənilir ki, yeni rəhbərlik bu problemlərə tezliklə həll yolları tapacaq.(32gun.az)