Trampla Putin İran və Ukraynanı müzakirə etdilərABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
"Report" xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Bu, P..
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng etdiMartın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Qlobal.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin b..
İlham Əliyev Müctəba Xameneyini təbrik etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xameneyiyə təbrik məktubu ünvanlayıb.
Mətndə deyilir:
"Möhtərəm Ayətulla..
AZAL Naxçıvana birbaşa uçuşları bərpa etdi"Azərbaycan Hava Yolları" QSC (AZAL) martın 9-dan Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa edir.
Bu barədə səhmdar cəmiyyətindən bildirilib.
AZAL-ın 9 mart 2026-cı il tarixinə Bakı-..
SEPAH Müctəba Xameneiyə sədaqət andı içdiyini açıqlayıbİran İnqilab Keşikçiləri Korpusu (SEPAH) yeni Ali Rəhbər Seyid Müctəba Xameneiyə sədaqət andı içib.
APA İranın "Tasnim” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı bəy..
İranın zərbələri nəticəsində ölən ABŞ hərbçilərinin sayı artdıABŞ-ın İrana qarşı əməliyyatının başlamasından bəri həlak olan ABŞ hərbi qulluqçularının sayı yeddiyə çatıb.
APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
..
Tofiq Bəhramov adına Respublika stadionu məhv edilir - VİDEO
Tofiq Bəhramov adına Respublika Stadionunda biabırçı mənzərə: Tullantılar, nizamsızlıq və avtoparkinq problemi
Tofiq Bəhramov adına Respublika Stadionunda müşahidə edilən vəziyyət narahatlıq doğurur.
32gun.az-ın təqdim etdiyi görüntülərdən də görünür ki, stadionun daxili və ətrafında təmizlik işlərinə lazımi diqqət yetirilmir. Ərazidə yığılıb qalmış zibillər, atılmış plastik və sellofan tullantılar təbiətə ciddi zərər verməklə yanaşı, stadionun ümumi görüntüsünü də korlayır.
Təmizlik problemi və ekoloji təhlükə
Stadion ətrafında uzun müddətdir təmizlənməyən tullantılar təpə halında yığılıb. Bu tullantıların tərkibində təbiət üçün təhlükəli olan sellofan və plastiklər üstünlük təşkil edir.
Sektor girişlərində avtoparkinq, çəpərləmə və "stayanşik"lər
Stadionun bir neçə sektor girişinin avtomobillər üçün parkinq zonası kimi istifadəsi piyadaların hərəkətinə maneə törədir. Bununla yanaşı, bəzi avtomobillər üçün xüsusi çəpərləmə sistemindən istifadə edildiyi və bu yerlərdə "stayanşik"lərin də mövcud olduğu müşahidə olunub. Bu vəziyyət stadion ərazisində nəqliyyatın və insanların hərəkətini daha da çətinləşdirir.
İdarəetmə və infrastruktur çatışmazlıqları
Stadion ərazisində çəpərlərin məqsədyönlü istifadə edilməməsi, ərazinin nizamsızlığı ilə birlikdə daha geniş idarəetmə problemlərini ortaya qoyur. Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionu Gənclər və İdman Nazirliyinin balansındadır.
Bir neçə gün öncə stadionun direktoru vəzifəsinə Elnur Nağdəliyev təyin edilib. Yeni rəhbərdən gözləntilər yüksəkdir və problemlərin həlli üçün konkret addımların atılması zəruridir.
Stadionun təmizliyi və nizamlılığı həm ölkəmizin imici, həm də idman azarkeşlərinin rahatlığı baxımından böyük əhəmiyyət kəsb edir. Gözlənilir ki, yeni rəhbərlik bu problemlərə tezliklə həll yolları tapacaq.(32gun.az)