SON XƏBƏR

 ÜST bəzi ölkələrə koronavirus peyvəndi ilə bağlı müraciət etdi

Mart 27
09:31 2021
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus koronavirusa qarşı vaksinləri olan ölkələrə müraciət edib.

Bu barədə "Report” "İnterfaks”a istinadən xəbər verir.

Qeyd edilir ki, təşkilat rəhbəri vaksinləri kasıb ölkələrə ianə etməyə çağırıb.

"Mən peyvəndləri olan ölkələri hədəfə çatmağımıza kömək etmək üçün ÜST tərəfindən siyahıya salınmış vaksinləri (kasıb ölkələrə - red) mümkün qədər çox doza ianə etməyə çağırıram", - Qebreyesus deyib.

O, həmçinin vaksinlərin istehsalçılarına preparatların sürətli tədarükü ilə bağlı müraciət edib.

"Bir çox ölkələr özlərinin vaksinlənmə ilə bağlı şəxsi planlarını pozmadan dozaları ianə edə bilərlər”, - ÜST rəhbəri vurğulayıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook