" Problemlər öz həllini tapıb..." - Fuad Muradov
Oktyabr 12
20:56
2015
34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd olan Fuad Muradovun təbliğat-təşviqat kampaniyası davam edir.
Sakinlərlə görüşdə Fuad Muradov bildirib ki, bu gün Azərbaycanda sosial məsələlərin həllinə dövlət tərəfindən diqqət göstərilir:
"Lakin bilirəm ki, sizi də narahat edən məsələlər var. Amma mövcud problemlərin həlli istiqamətində görülən işlər göz qabağındadır. 10 il əvvəl əgər hansısa bir məsələnin həllində çətinlik var idisə bu gün bizi həmin problemlər düşündürmür. Onlar artıq çoxdan öz həllini tapıb.”
Fuad muradov gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə diqqət çəkib:"Uzun illərdir gənclər sektorunda fəaliyyətimiz olub. Bu dövr ərzində çalışmışıq ki, gəncləri hərbi ixtisaslara həvəsləndirəcək layihələrin həyata keçirilməsinə şərait yaradaq. Düşünürəm ki, bu gün bizim üçün bu, daha vacib amildir. Çünki Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması əsas prioritet məsələmizdir.
Sakinlər də Fuad Muradova təşəkkürlərini bildiriblər və qarşıdan gələn seçkilərə ona etimad göstərəcəklərini vurğulayıblar.



