SON XƏBƏR

" Bizi heç kim qorxuda bilməz"- Putin

Noyabr 04
07:24 2015
Rusiyanın əsas hədəfi, o cümlədən də Suriyada – terrorla mübarizədir, Rusiyanı qorxutmaq isə heç kimə müyəssər olmayacaq.
 
Qlobalinfo.az Rossiya 24 tv-na istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib. Belə bir mövqeni o, Dərbənd şəhərinin 2000 illiyinə həsr olunmuş sərgiyə baxəş keçirərkən elmi, mədəni, dini və ictimai təşkilatların nümayəndələri ilə görüşü zamanı sərgiləyib. "Bütövlükdə Rusiya xalqını, ələlxüsus da Dağıstanı qorxutmaq ümumiyyətlə, heç vaxt heç kimi nəsib olmayıb. Bu, perspektivsiz məşğuliyyətdir” – deyib Putin.
 
"İstər Suriya olsun, istərsə də hər hansı başqa bir yer, bizim məqsədimiz həqiqətən də hər şeydən öncə terrorizmlə mübarizədir” - əlavə edib Kreml başçısı.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook