SON XƏBƏR

Ayətullah Xameneyi raket zərbələrinə şəxsən komandanlıq edib - VİDEO

Yanvar 08
12:48 2020
İran Dövlət Televiziyası İraq ərazisindəki Amerika hərbi bazalarına bu gün səhərə yaxın endirilmiş raket zərbələrinin yeni təfərrüatlarını yayıb. Virtualaz.org xəbər verir ki, İnqilab Keşikçiləri Korpusunun bəyanatına istinadən telekanal xəbər verir ki, dini lider ayətullah Əli Xameneyi raket bazasının komanda mərkəzində olub və şəxsən raket zərbələrini koordinasiya edib.

Xəbərə görə İnqilab Keşikçiləri Korpusu Amerika bazalarını vurmaq üçün 300 kilometr mənzilli Fateh-110 ballistik raketlərini tətbiq edib.

İnqilab Keşikçiləri Korpusu bəyan edir ki, əgər ABŞ və onun müttəfiqləri bu hücuma cavab versələr onları "daha sərt və amansız cəza” gözləyir.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook