SON XƏBƏR

"Avropada tolerantlıq dəyərdən düşüb" - Səməd Seyidov

İyun 22
14:23 2022
"Avropada tolerantlıq dəyərdən düşüb".

"Report"un Fransa bürosu xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yay sessiyasında çıxışı zamanı bildirib.

20 ildir AŞPA-nın üzvü olduğunu deyən azərbaycanlı deputat Strasburq şəhərinin mərkəzində yerləşən sinaqoqun qapılarını hər zaman bağlı gördüyünü söyləyib: "Mənim şəhərim olan Bakıda, Azərbaycanın paytaxtında da sinaqoq var və bütün həyatım boyu onun qapılarını heç vaxt bağlı görməmişəm. Ancaq təəssüflər olsun ki, Avropada tolerantlığa hörmət itib. Biz AŞPA-nın üzvləri kimi bu dəyərin aktuallaşması üçün əlimizdən gələni etməliyik. Bir az yəhudi, bir az müsəlman olmağa çalışmalıyıq. Etnik mənşəyinə görə ayrı-seçkilikdən əziyyət çəkənləri bu zaman gözəl anlayacağıq".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook