SON XƏBƏR

"Avropa qapıları" müştəriləri aldadır - ŞİKAYƏT

İyun 14
03:10 2021
""Avropa qapıları" müştəriləri aldadır. 
 
Bu barədə Nuranə Yəhyazadə adlı şəxs sosial şəbəkədə paylaşım edib.
 
Şikayətçi yazır:

"Aprelin 24-ü mağazaya yaxınlaşıb 4 eyni qapı sifariş verdik. Ödəniş edərkən, yarısını sifariş zamanı, yarısını da çatırılmadan sonra ödəmək istəsək də, cavabında "5 manat belə əksik olmamalıdır" dedilər. Dedikləri kimi etdik. Bunun qarşılığında sifariş blankını tələb etdikdə bizə ölçü götürmək üçün ünvana gələcək usta ilə blankı göndəcəklərini bildirdilər. Elə həmin gün ustanı göndərdilər, amma blank verilmədi. 2 gün sonra zəng edib dedilər ki, sizin seçdiyiniz rəng alınmır, başqa rəng təklif edirik və s. Biz yenə də anlayışla qarşılayıb, başqa rəng seçdik. Mayın 14-ü göndərilməli olan qapılar gecikdi. Biz zəng edib maraqlandıqca müxtəlif bəhanələrlə gecikməni izah etdilər və biz bunu da problem etmədik. Nəhayət dünən qapılar quraşdırılan zaman məlum oldu ki, ölçü götürən ustanın 12 rəzə qeyd etməsinə baxmayaraq 8 rəzə göndərilib. Bizdə sifariş blankı verilmədiyi üçün, quraşdırılma üçün gələn ustaya verilən blankdan dəqiqləşdirdik sayını. Blankda çap ilə 12 rəzə qeyd olunmasına rəğmən üstünü qələm ilə qaralayıb 8 rəzə qeyd ediblər. Zəng vurub, qalan rəzələri tələb edəndə müxtəlif bəhanələrlə məni yola verməyə çalışdılar nəticədə isə rəzələri yollamadılar. Və bizə 0506236... Adil bəy (israr etsəmdə vəzifəsini demədi) "Xanım siz dünyanın o başında qalırsız biz necə göndərək "kimi cümlə qurdu. boyunlarına almadılar. Satış meneceri Rəsmiyyə xanım isə artıq telefonlarımı açmırdı. Mağazaya qapıları iadə etmək istədiyimi dedikdə isə. " Biz artıq qapiları sizə satmışıq iadə edə bilmərik dedilər" . Adil bəy də artıq telefonlarımı açmadı. Mağazanın səhər nömrəsinə zəng etdik. Elşad bəy də "əlinizdə çek blank yoxdur sübut edə bilməzsiz dedi".

"Əlaqə saxladığımız nömrələrdə heç kim öz vəzifəsini demirdi ki, bilək kiminlə danışırıq. Danışıq üslubları məsuliyyətsizliklərindən də pis idi. Sonda bizə "əşi neynirsiz eliyin, bu uje o qapıları sizə satmışıq, pulunu da ödəmisiniz" deyib yekunlaşdırdılar. Həmin rəzələri tapmaq çətin olduğu üçün qapıları quraşdırmağa çarə axtaranda, birdən sirli şəkildə göndərdikləri ustada eyni rəzələrdən elə 4 ədəd olduğu məlum oldu. Biz isə əsəblərimizi daha artıq pozmamaqdan və qapıların yerdə qalmamasından ötrü həmin "təsadüfün" qarşılığında  rəzələrə əlavə ödəniş edib quraşdırmağa nail ola bildik".
 
"Avropa qapıları"ndan məsələyə münasibət öyrənə bilmədik.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook