SON XƏBƏR

Avropa Liqası: "Qarabağ" Bundesliqanın liderinə qarşı

Sentyabr 08
09:38 2022
"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq.

Qaynarinfo-nun məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Almaniyada Bundesliqanın lideri "Frayburq"un qonağı olacaq.

"Europa-Park" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Görüşü belçikalı Erik Lambrextsin başçılıq erdiyi hakimlər briqadası idarə edəcək. "Köhlən atlar"ın heyətində zədəli Kevin Medina, meydan sahiblərində isə Roland Şallai eyni səbəbdən görüşü buraxacaq.

Beləliklə, Azərbaycan çempionu ardıcıl 9-cu dəfə avrokubokların qrup mərhələsində mübarizəyə başlayacaq.

G qrupunun digər oyununda "Nant" Fransada Yunanıstan "Olimpiakos"unu qəbul edəcək.

Avropa Liqası
Qrup mərhələsi
G qrupu, I tur

8 sentyabr
23:00 Qarabağ (Azərbaycan) - Frayburq (Almaniya)
Baş hakim: Erik Lambrexts (Belçika).
Frayburq. "Europa-Park" stadionu.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook