SON XƏBƏR

AVRO-2020: Türkiyə qrupda sonuncu oldu

İyun 21
00:06 2021
Avropa çempionatı davam edir.
 
Bu gün qitə birinciliyinin qrup mərhələsi çərçivəsində daha iki görüş reallaşıb.
 
Qrup mərhələsinin sonuncu – 3-cü turunun ilk oyun günündə A qrupunun qarşılaşmaları keçirilib. 
 
İlk iki turda uduzan Türkiyə yığması İsveçrə ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada Türkiyə 1:3 hesabı ilə yenilərək qrup sonuncusu olub. 
 
Qrupun digər matçında lider İtaliya Uelslə qarşılaşıb. İtaliya yığması qalib gələrək (1:0) birinci pillənin sahibi kimi 1/8 finala çıxıb.
 
AVRO-2020
Qrup mərhələsi
A qrupu, III tur

20 iyun
İtaliya – Uels 1:0
Qol: Matteo Pessina, 39.
İtaliya: 21. Canluici Donnarumma, 6. Marko Verratti, 8. Jorjinyo, 9. Andrea Belotti, 12. Matteo Pessina, 13. Emerson, 14. Federiko Kyeza,  19. Leonardo Bonuççi (k), 20. Federiko Bernardeski, 23. Alessandro Bastoni, 25. Rafael Toloy.
Uels: 12. Denni Uord, 2. Kris Qanter, 3. Neko Uilyams, 6. Co Rodon, 7. Co Allen, 10. Aaron Remsi, 11. Qaret Byel (k), 14. Konnor Roberts, 15. Etan Ampadu, 16. Co Morrell, 20. Daniel Ceyms.

Baş hakim: Ovidiu Haçeqan (Rumıniya).
Roma. "Olimpiko” stadionu.
 
İsveçrə – Türkiyə 3:1
Qollar: Haris Seferoviç, 6. Cerdan Şakiri, 26; 69 - İrfan Can Kahveci, 62.
İsveçrə: 1. Yan Zommer, 3. Silvan Vidmer, 4. Niko Elvedi, 5. Manuel Akanci, 7. Bril Embolo, 8. Remo Froyler, 9. Haris Seferoviç, 10. Qranit Caka (k), 13. Rikardo Rodriqes, 14. Stiven Zuber, 23. Cerdan Şakiri.
Türkiyə: 23. Uğurcan Çakır, 2. Zeki Çelik, 3. Merih Demiral, 4. Çağlar Söyüncü, 6. Ozan Tufan, 7. Cengiz Ünder, 10. Hakan Çalhanoğlu, 17. Burak Yılmaz (k), 21. İrfan Can Kahveci, 22. Kaan Ayhan, 25. Mert Müldür.

Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Bakı. Olimpiya stadionu.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook