SON XƏBƏR

Ağsuda küçə itləri gəncə hücum edib, vəziyyəti ağırdır

Noyabr 24
08:01 2021
Ağsuda gənc oğlan küçə itlərinin hücumuna məruz qalıb.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Padarqışlaq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 17 yaşlı Abbasəliyev Pərvin İlqar oğlu həyətdə işləyərkən küçə itləri ona hücum edib.

Ağır xəsarət alan gənc ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook