SON XƏBƏR

Astaralı qazilər və gənclər Gəncə şəhərinə ekskursiya ediblər

Oktyabr 27
07:12 2021
Astara Rayon və Gəncə Şəhər Gənclər və İdman idarələrinin birgə təşkilatçılığı ilə Astara rayonundan olan bir qrup Vətən müharibəsi qazisinin və fəal gənclərin Gəncə şəhərinə erməni terrorçuları tərəfindən atılan raket zərbəsi nəticəsində dağılmış ərazilərinə ekskursiyası təşkil olunub.

İki gün davam edən ekskursiyada Vətən müharibəsində igidlik və şücaət göstərmiş, müxtəlif orden və medalları ilə təltif olunmuş astaralı Vətən müharibəsi qaziləri Rüfət Əsədullayev, İlham Əkbərov, Heydər Əkbərov, Abbas İbrahimli, Abdulla Cəfərli, Astara Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Turan Həsənzadə, Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov, fəal gəncləri iştirak ediblər.
 


Ekskursiyanın təşkil edilməsində məqsəd Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqları və düşmən tərəfinin vandalizm əməlləri ilə gəncləri tanış etmək, onlara vətənpərvərlik, Azərbaycançılıq, dövlətçilik prinsiplərini aşılamaqdır.

Astaralı qazilərin və gənclərin Gəncə şəhərinə ekskursiyası XI əsrin ortalarında Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən inşa edilmiş "Gəncə qapıları” tarixi abidəsindən başlanıb.

Gənclər Gəncə şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Sonra astaralı gənclər Gəncə şəhərinin erməni terrorçuları tərəfindən atılan raket zərbəsi nəticəsində dağılmış əraziləri ilə tanış olublar.

Gəncəyə ekskursiya çərçivəsində astaralı gənclər həmçinin, dünya şöhrətli mütəfəkkir şair Nizami Gəncəvinin məqbərəsi və məqbərənin ətrafında şairin əsərlərini tərənnüm edən tuncdan hazırlanmış abidə kompleksi və parkla tanış olublar.
 
Azərtac



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook