SON XƏBƏR

Ağstafada tender maxinasiyaları – İcra Hakimiyyəti izi necə itirməyə çalışır?

Aprel 06
09:13 2021
Ağstafa Rayon İcra Hakimiyyəti "Meqa An İnşaat” MMC ilə maliyyə dəyəri 81 602.9 AZN təşkil edən müavilə bağlayıb.

Hit.az xəbər verir ki, müqavilədə Ağstafa rayonunda aztəminatlı ailələrin mənzil şəraitlərinin yaxşılaşdırılması üçün tikinti materiallarının alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Meqa An İnşaat” MMC 1 dekabr 2009-cu il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Ağstafa şəhəri, M.Ə.Sabir küçəsi, ev 9-da yerləşir. MMC-nin qanuni təmsilçisi isə Aslanov Yaşar İmamverdi oğludur.

Araşdırmalar zamanı aydın olub ki, Ağstafa Rayon İcra Hakimiyyəti ilə "Meqa An İnşaat” MMC arasında çoxsaylı tender sövdələşmələri var. İcra Hakimiyyəti 1 mart 2018-ci il tarixdən 14 noyabr 2020-ci il tarixə qədər 19 tender keçirib. Tenderlərin 4-nün qalibi "Meqa An İnşaat” MMC olub. Satınalma müqavilələrində Ağstafada qeyri yaşayış binalarının təmiri (bağça), abadlaşdırma xidmətləri haqqının ödənilməsi və rayonda yolların əsaslı təmiri işləri nəzərdə tutulur. Ümumilikdə, şirkətə bunun üçün 487 410 AZN ödənilib.

Maraqlı məqamlardan biri də "Meqa An İnşaat”a məxsus VÖEN-in vaxtilə "Səma MM İnşaat”a məxsus olmasıdır. Bu şirkətin qanuni təmsilçisi də Yaşar Aslanov olub. Şirkət 2020-ci ildən fəaliyyətini dayandırıb.

Ağstafa Rayon İcra Hakimiyyətinin tenderlərində "Səma MM İnşaat” MMC-nin əhəmiyyətli payı var. Şirkət İcra Hakimiyyətindən 2 227 692 AZN məbləğində dövlət sifarişi alıb.

Görünür, "Səma MM İnşaat” MMC ilə tender maxinasiyalarını davam etdirmək mümkün olmayıb. Ona görə də dövriyyəyə "Meqa An İnşaat” MMC girib.

Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook