SON XƏBƏR
  • Tbilisidə aksiya davam edir - Etirazçılar hökumət binasının qarşısına toplaşıbGürcüstanın paytaxtı Tbilisidə ötən axşamdan başlayan "Evə, Avropaya” şüarlı aksiyanın bir qrup iştirakçısı gecəni hökumət administrasiyasının binası qarşısında keçirib. "Report”un yerli bürosu ..
  • Bakıda keçirilən turnirdə nazirlər də yarışdı – FOTOÖtən gün – iyulun 3-də Bakıda keçirilən "IronWind 70.3” turnirində bəzi nazirlərimiz iştirak edib. Yeniavaz.com xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri..
  • Gürcüstan buğda və arpa ixracına qadağa qoyubBu gündən Gürcüstandan yerli istehsal olan buğda və arpanın ixracına qadağa qoyulub. "Report”un yerli bürosu xəbər verir ki, hökumətin qərarı ilə qadağa 2023-cü ilin iyulun 1-dək qüvvədə olacaq...
  • Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulubİyulun 4-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçida..
  • Yaponiya Rusiyadan qaz almağa davam edəcəkYaponiyanın Rusiya qazından imtina etməsi ölkənin energetika sənayesindəki ağır vəziyyətə görə çətin olacaq. "Report” xəbər verir ki, bu barədə "Financial Times”a Yaponiyanın Mitsui O.S.K. Lines..
  • Tramp qayıdırRespublikaçılar Partiyasından olan Ağ Evin keçmiş rəhbəri Donald Tramp 2024-cü ildəki prezident seçkiləri kampaniyasına başlayacağını tezliklə elan etmək niyyətindədir. Məlumata görə, bu barədə bəy..
  • İsveçrədə Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcəkİsveçrənin cənubundakı Luqanoda Ukrayna ilə bağlı bazar ertəsi açılacaq konfrans öncəsi hazırlıqlar gedir. Onlarla ölkənin və beynəlxalq təşkilatların rəhbərləri ölkənin müharibədən sonrakı bərpası..
  • Rusiya Xəzər dənizinə 11 milyon kütüm buraxıbRusiyada mütəxəssislər Xəzər dənizinə 11 milyondan çox kütüm balığı buraxıblar. Bu barədə "Report” "TASS”a istinadən xəbər veirr. Bildirilib ki, balıqlar Mehteb inkubasiya zavodunda yetişdirilib..
  • Çimərlik futbolu üzrə millimiz superfinala vəsiqə qazanıbÇimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində (EBSL-2022) çıxışını başa vurub. Qlobal.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, seçmə mərhələ..
  • “Universal Pictures” Rusiyanı tərk edir​"Universal Pictures” kino şirkəti Rusiya ofisini bağlayacaq və ölkəni tərk edəcək. Bu barədə "Bulletin of the Film Distributor” portalına məlumat verilib. Nəşr şirkətdəki mənbəyə istinadən qe..

Ağstafa İcra Hakimiyyəti şübhəli tenderlə bağlı məsuliyyətdən niyə yayınır?

May 11
13:11 2022
Xəbər verdiyimiz kimi, Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi (MKTB) tərəfindən tender elanı yayımlanandan bir gün sonra yaranan şirkətin tenderdə qalib elan edilməsi ölkə miqyasında geniş müzakirə mövzusuna çevrilib.

Belə ki, Ağstafa MKTB ümumilikdə 47 min manat dəyərində olan son 3 satınalma müqaviləsini həmin şirkətlə bağlayıb.

MKTB-nin inrastrukturuna daxil olduğu Ağstafa Rayon İcra Hakimiyyəti mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq verdiyi açıqlamada isə sual doğuran məqamlara aydınlıq gətirmək yerinə məsuliyyətdən yayınaraq, Ağstafa Mənzil Təsərrüfatı Birliyini və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini hədəf göstərib.

Rəsmi açıqlamada deyilir:

"Məsələ ilə əlaqədar bildiririk ki, kotirovka sorğusu "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən deyil Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmişdir.

Nəzərinizə çatdırırıq ki, qeyd olunan bütün əməliyyatlar müraciət etmiş iddiaçılar tərəfindən aydın şəkildə izlənilə bilir. Əgər iddiaçılar tərəfindən hər hansı bir şikayət məktubu əsasında narazılıq irəli sürülərsə işə yenidən baxılır. Heç bir halda rəsmi qeydə alınmamış işlə bağlı maliyyələşmə açılmır. Satınalmaların düzgün həyata keçirilməsinin araşdırılması səlahiyyəti yerli icra hakimiyyəti başçısına deyil, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə aiddir. Satınalan təşkilat tenderdə iştirak etmək istəyən iddiaçı təşkilata məhdudiyyət qoya bilməz”.

İcra hakimiyyəti tərəfindən məsuliyyət sahiblərindən biri kimi göstərilən MKTB ilə əlaqə yaratmaq cəhdlərimiz isə nəticəsiz qalıb.

Xatırladaq ki, Etender.gov.az saytında dərc olunan məlumata görə, Ağstafa MKTB tərəfindən elan edilən tenderlərin qalibi "Palma-Z” MMC (VÖEN – 3601462631) olub. Belə ki, elan 04.04.2022-ci il tarixində verilib. Tender müsabiqəsinin qalibi olan "Palma-Z” MMC 05.04.2022-ci il tarixində, yəni tender elanından bir gün sonra dövlət qeydiyyatına alınıb.

Maraqlıdır ki, "Palma-Z” MMC-nin Hüquqi ünvanı Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Məmmədova İradə Bayram qızıdır.

"Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində isə malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.

Ekspertlərin sözlərinə görə, tender elanından sonra yaradılan şirkətin hər hansı təcrübəyə malik olmasının reallıqdan uzaq olduğunu nəzərə aldıqda, qanunvericiliyin tələbinin pozulduğu aydın görünür.

Mənbə: Bizim.Media
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook