SON XƏBƏR

Arif Əsgərovun oğlu yenidən diqqət mərkəzində

Aprel 19
15:42 2021
Nəqliyyat nazirinin sabiq müavini, "Azərbaycan Dəmir Yolları” QSC-nın keçmiş sədri Arif Əsgərovun oğlu bir neçə ölkədə iri şirkətə sahibdir.

Bu barədə jurnalist Cavanşir Həsənli feysbuk səhifəsində paylaşım edib.

"Arif Əsgərov artıq çoxlarının yadından çıxıb, nəqliyyat nazirinin müavini idi. Diribaş uşaqları var, biri Londonda oxuyarkən ərəb mənşəli bank işçisinə 20 min funt sterlinq verib öz əvəzinə imtahana keçirtmişdi. İşin üstü açılınca universitetdən qovulmuşdu. Onun "fərasəti” o zaman bütün İngiltərəni şoka salmışdı, bütün ingilis mətbuatı bu hadisədən yazmışdı”.

Jurnalist qeyd edib ki, A.Əsgərovun oğlu Elnar Əsgərov 3 ölkədə böyük şirkət açıb.

"İndi həmin oğlu iri şirkət sahibidir, İngiltərə, Türkiyə və Ukraynada logistika şəbəkəsi qurub. İngilislərin paxıllığı özlərinə qaldı”,- deyə jurnalist vurğulayıb.

Qeyd edək ki, sözügedən imtahan qalmaqlı ilə bağlı Britaniyanın nüfuzlu mətbuat orqanlarında məlumatlar yer almışdı.

Bildirlirdi ki, Arif Əsgərovun oğlu, Yorkşir Universitetinin tələbəsi Elnar Əsgərovun əvəzinə imtahana Ceromi Dren adlı şəxs girib. Fransız mənşəli treyder özünü azərbaycanlı kimi qələmə verərək, onun əvəzindən iqtisadiyyat fənni üzrə imtahana qatılıb. İmtahan götürən professor Ceromidən şübhələnib və onu sorğu-sual etməyə qərar verib. Ceromi əvvəlcə başqasının əvəzinə imtahana girdiyini inkar etsə də, daha sonra hər şeyi etiraf edib və cütlük həbs olunub.

Polis istintaq zamanı əvvəlki imtahan vərəqələrində də Drenin əl izlərini aşkar edib. "The Daily Mail” qəzetinin yazdığına görə, Əsgərov imtahanlar üçün Drenə 20 min funt-sterlinq (təqribən, 40 min dollar) verib.

London məhkəməsi isə Arif Əsgərovun oğlu və onun əvəzindən imtahana girən şəxsə hökm oxuyub. Britaniya mətbuatının yazdığına görə, onların hər birinə 9 ay həbs cəzası kəsilib.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook