"Ankara" liseyinin direktoru Təhsil nazirini saya salmır
İyul 13
18:15
2021
Təhsil Nazirliyinin imtahanınan keçən şagirdləri "Ankara” liseyinə qəbul etmirlər.
Tia.az-ın məlumatına görə, liseyin direktoru Səmayə Eynullayeva nazirliyin qərarlarını tanımadan təhsil ocağında bazar açıb.
S.Eynullayeva "Ankara” liseyində elə bir absurd mühit yaradıb, elə bir cəngəllik qanunları tətbiq edib ki, təhsil naziri Emin Əmrullayevi belə saymır.
Məlumatda deyilir ki, şagirdləri çox səviyyəsiz, absurd suallarla yorur, cavab vermə bilmədiyini bəhanə edərək kəsirlər. Məsələn, "Niyə Marsın rəngi qırmızıdır” deyə şagirddən soruşublar.Buna cavab verə bilməyəcəyinə əmin olan lisey rəhbərliyi pul qoparmaq üçün zəmin yaradır. Başqa bir sualda isə soruşulur ki, "Riyaziyyat elmi digər elmlərdən nə ilə fərqlənir?”
Təbii ki, bu suallar 1-ci sinfə qəbul üçün verimiş suallar yox, məhz kəsilmək üçün nəzərdə tutulan suallardır.
Qlobal.az