SON XƏBƏR

AMEA-nın 41 yaşlı alimi özünü öldürdü

May 23
12:21 2022
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi Emil Əlisahib oğlu İsgəndərli intihar edib.

Qlobal.az xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 41 yaşlı alim ötən gecə yaşadığı Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsindəki mənzildə dərman həbləri içərək həyatına son qoyub. Hadisə yerinə baxış keçirilərkən onun yanında 4 qutu boş antidepresant aşkar edilib. Məlum olub ki, Emil İsgəndərli
qutulardakı dərmanların hamısını qəbul edərək intihar edib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook